Aylığı 1200 manata qədər olan özəl uşaq bağçaları

Azərbaycanda bəzi özəl uşaq bağçalarının ödənişi çox yüksəkdir. Paytaxtda yerləşən bağçaların aylıq ödənişi 300 manatdan 1 200 manata qədər dəyişir.

Ekspertlərin fikrincə, son illərdə qiymət artımı daha çox nəzərə çarpır. Xüsusilə, əlavə xidmətlər təklif edən bağçalarda aylıq ödəniş 1 000 manatdan çoxdur.

Təhsil eksperti Elmin Nuruzadə bildirib ki, qiymətlərin bahalaşmasının əsas səbəblərindən biri bağçaların sayının az olmasıdır. Tələbə uyğun təklif olmadığından, özəl bağçalar müraciət edənlərin sayı baxımından problem yaşamır.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında bildirmişdi ki, özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərclərini dövlət ödəyəcək.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.