20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “Tarixiləşən Yaddaşımız” adlı tədbir keçirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 yanvar faciəsinin 29–cu ilinin keçirilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan İstiqlal Muzeyinin, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə Muzey Mərkəzində “Tarixiləşən yaddaşımız ” adlı tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu,  Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Vaqif Abışov, 20 yanvar şəhidi Ülvi Bünyadzadənin bibisi Almaz (Ülvi) Binnətova, 20 yanvar şəhidi Sadıqov Yusifin bacısı Səyalı Sadıqova çıxış etmişlər.

Tədbirdə şəhid ailələri, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin,  Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyanın əsgərləri, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, muzeylərin əməkdaşları və digər qonaqlar iştirak etmişdir.

Tədbirin bədii hissəsində Təhsil Nazirliyinin nəznində fəaliyyət göstərən Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin dərnək üzvləri və gənc musiqiçilər “20 yanvar şəhidlərinin xatirəsinə ithaf” konsert proqramı ilə çıxış etmişlər.

Eyni zamanda tədbir çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan 30-dan artıq 20 yanvar faciəsini əks etdirən fotoşəkillər və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.