65 yaşına çatmış müəllimlərlə müqavilələr artırılmamalıdır – Sabir Rüstəmxanlı

“65 yaşına çatmış müəllimlərin müqavilələrinin 1 il-1 il artırılması subyektiv amilləri ortaya çıxarır”.

Bunu deputat Sabir Rüstəmxanlı deyib.

O bildirib ki, qanunda bu məsələ konkret əksini tapmalıdır.

“65 və ya 75 yaşda iş fəaliyyəti bitməlidirsə, bitməlidir. Yoxsa, kimlərsə tanışlarının müqavilələrini artıra bilir. Biz bu halları çox müşahidə etmişik. Müəllimi alçaldan proseslərdən azad olmalıyıq. Müəllimin hörmətini aşağı salmaq olmaz”, – deyə millət vəkili qeyd edib (apa).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.