403 tələbə “Your English Voice” müsabiqəsində iştirak hüququ qazanıb

Təhsil Nazirliyinin SABAH qrupları layihəsi və “British Council Azərbaycan”ın birgə təşkilatçılığı ilə keçirilən “Your English Voice” ingilisdilli müsabiqəsinə qeydiyyat prosesi yekunlaşıb. Müsabiqənin birinci mərhələsində 57 ixtisas üzrə 438 tələbə elektron qeydiyyatdan keçib. Onlardan 403 tələbənin müraciəti təsdiqlənib.

Müsabiqədə iştirak hüququnu qazanmış tələbələrin siyahısı, eləcə də müsabiqənin ikinci mərhələsi (test imtahanı) haqqında məlumat yaxın günlərdə www.sabah.edu.az saytında yerləşdiriləcək.

Məlumat üçün bildiririk ki, “Your English Voice” müsabiqəsi Bakı şəhərində yerləşən dövlət ali təhsil müəssisələrinin II və III kurs tələbələri arasında keçirilir. Müsabiqənin təşkilində əsas məqsəd tələbələr arasında sağlam rəqabət mühitinin yaradılması yolu ilə ingilis dilinin öyrənilməsinə, eləcə də müxtəlif tipli bilik yarışlarına olan marağının artırılmasıdır.

Müsabiqənin bütün mərhələlər üzrə qalibləri Birləşmiş Krallığın ən qabaqcıl dil məktəblərindən  biri olan “International House Manchester”-də 2 həftəlik ingilis dili kursunda iştirak etmək imkanı əldə edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.