“40-50 il universitetlərdə kafedra müdiri vəzifələri zəbt edilirsə, hansı elmdən danışmaq olar?” – Deputat

“Ölkənin Universitetlərində ötən əsrin 60-cı illərindən qalma kafedra müdirləri var. Deyəcəksiniz ad çəkmir? Çəkim də! Məsumə Məlikova 1968-ci ildən indiyə kimi BDU-nun Hüquq fakültəsinin “Dövlət və hüquq nəzəriyyəsi və tarixi“ kafedrasının müdırıdir”.

Bunu Milli Məclisin deputatı Etibar Əliyev özünün feysbuk hesabında yazıb.

“Sudeyif İmamverdiyev 1990-cı İldən Tibb Universitetində “Urologiya” kafedrasının müdiridir. Yaqub Məmmədov isə ATU-da 1979-cu ildən 2001-ci ilə kimi “Pataloji fiziologiya” kafedrasının müdiri vəzifəsini tutub. Onu əvəz edən S.Əliyev isə 21 ildir kafedra müdiridir. İki nəfər 43 il… Belələrinin sayı 10-larladır. 40-50 il kafedra müdiri olmuş dünyasını dəyişənlərin adlarını çəkmirəm. Qərbdəki və Şərqdəki elmdən danışırıq. 40-50 il universitetlərdə kafedra müdiri vəzifələri zəbt edilirsə, hansı elmdən danışmaq olar?

Bir yapon aliminin əxlaqı barədə yazıram. Yapon kimyaçısı Keniti Fukui 1981-ci ildə kimya üzrə Nobel mükafatına layiq görülüb. O, “Nobel mükafatı həyatınızı necə dəyişdi”? sualına belə cavab verib: “Yaponiyada Nobel mükafatı laureatları olduqca azdır. Mən kimya üzrə Nobel mükafatını alan ilk kimyaçı olduğumdan, mətbuat üçün “bəxtəvər” ola bilərdim. Lakin xoşbəxtlikdən, yaxud bədbəxtlikdənmi, yaş həddim çatdığından Kioto Universitetindən istefa verməli idim. Bu qayda istisnasız olaraq bütün professorlara aid edilirdi. Mən 39 il dərs dediyim universiteti mükafata layiq görülsəm də belə tərk etdim. Bu böyük mükafat şəxsi həyatımı o qədər dəyişmədi. Hər gün evimdən iş yerinə piyada gedir, yenə həmin kostyumları geyinirəm”. Bu qədər…”, – deyə millət vəkili bildirib.

T.İSMAYIL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.