Rəhbərlik etdiyi kollektivi uğura doğru aparan insan

 

Mehman Allahverdiyev Azərbaycan Respublikasının Əməkdar Məşq­çi­si, Respublikanın Fəxri Bədən Tərbiyəsi və Fəxri İdman İşçisidir. Hal-hazırda Gəncə İdman Liseyinin direktorudur. Bu gün onun 51 yaşı tamam olur. Etmtv.news  olaraq dostumuzu, gözəl pedaqoq, layiqli vətəndaş, layiqli insan, dövlətimizə sadiqliyi ilə seçilən Mehman müəllimi ad günü münasibətilə təbrik edir, ona bütün işlərində ən böyük uğur və nailiyyətlər arzulayırıq!

Mehman Firuddin oğlu Allahverdiyev-1991-ci ildə SSRİ İdman ustalığına namizəd, 2005-ci ildə isə Azər­bay­can Respublikasının İdman ustası, 2014-cü ildə Azər­baycan Respublikasının Əməkdar Məşqçisi, 2017-ci ildə Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi fəxri adlarına və titullarına layiq görülmüş­dür. Güləşlə məşğul olduğu (1980-2005) illərdə Azər­bay­can birinciliklərinin, Ümumittifaq yarışlarının, bey­nəl­xalq turnirlərin, SSRİ xalqlarıspartakiadalarının qalibi olmuş və mükafatlara layiq görülmüşdür.

2018-ci ildən Gəncə İdman Liseyinin direktoru vəzi­fəsinə təyin olunmuşdur.O, həm də Gəncə şəhər 1 nömrəli Uşaq Gənclər İdman-ŞahmatMəktəbində Yunan roma güləşi üzrə məşqçi-müəllim kimi çalışır.30 ilə yaxın bir dövr ərzində məktəbin yunan-roma üzrə güləş bölməsinə rəhbərlik etmiş respublikanın əməkdar məşqçisi Mehman Allahverdiyev,  Gəncə İdman Liseyinə direktor təyin olunmasına baxmayaraq bu gündə doğma məktəbdəməşqçi-müəllim kimi fəaliyyətini davam etdirir.

Müasir məşqçi necə olmalıdır, məşqçinin işində şəxsi keyfiyyətləri hansı rolu oynayır, məşqçi işində nələrə daha çox diqqət etməlidir? – bu və bunun kimi bir çox suallara Mehman müəllimin bilik və təcrübəsinə ar­xalanaraq, cavab tapırıq. Onun rəhbərlik etdiyi kollektivin uğurların açarı da məhz yüksək rəhbərlik bacarığı, yüksək şəxsi keyfiyyətləri və uğur əldə etmək istəyi nəticəsində əldə olunmuşdur.

– Mehman müəllim, idman sizin üçün nə­dir?

-İdman mənim üçün bir həyat, daha doğ­ru­su, həyat tərzidir. Başqa görkəmli idmançılar kimi mən də həyatımı idmana həsr etmiş, bu həyatın bütün ağırlıq­la­rını çiyinlərimdə daşımışam. 1973-cü ildə Gəncə şəhə­rin­də anadan olmuşam.1980-ci ildən idmanın Yunan-Ro­ma güləş növü ilə məşğul oluram. İlk müəllimim 2 № li UGİM-in məşqçi-müəllimi Nizami Nəsibov olub. 1990-cı ildə İdman Cəmiyyətində Əli Qurbanovun və Firdovsi Əliyevin rəhbərlik et­diyi güləş bölməsində məşqləri davam etdirmişəm. 1995-ci ildən Çingiz Pirverdiyevin rəhbəri olduğu EƏQİC-də məşqçi-müəllim kimi işləməyə başlamış, 1998-ci ildə EƏQİC-nin Yunan-Roma güləş bölməsinin Baş Məşqçisi seçilmişəm. 2000-ci ildən Gəncə şəhəri, Yunan-Roma gü­ləş bölməsinin baş məşqçisi vəzifəsinə təyin edilmi­şəm. 2008-ci ildən isə İDF-nin 7 saylı nümayəndəliyində Qərb Regionuna Yunan-Roma güləşi üzrə baş məşqçi se­çilmişəm.

-Bu illər ərzində çox­lu sayda uğurlu işiniz olub. Öz işinizi necə qiy­mətləndirirsiniz?

 –Bu müddətdə perspektivliuşaqları seçib, ye­tişdirib Azərbaycanın yığma komandasına və paytaxtın bö­yük klublarına idmançılar vermişik. Bunlardan Olimpiya çempionu, Qaradağlı kəndindən (Go­ranboy rayonu) Elman Muxtarov, Şəmkirdən Fail İs­gəndərov, Dünya birinciliyinin mükafatçısı Gəncədən Rus­lan Məmmədov, Emil Abdullayev, qadın idmançı­lar­dan Şəbnəm Abdullayeva və Jalə Əliyeva Avropa birin­ciliyinin iştirakçıları və mükafatçıları olmuşdur. Çoxlu sayda gənclər və azyaşlı yeniyetmələr ara­sında Azərbaycan birinciliklərinin qalibi və mükafat­çı­la­rı olmuşdur. Bunlardan 1998-ci illərdə Tofiq Qurbanov, Na­miq və Elşad Məmmədovlar, Elşən, Rövşən Hacıyev qar­daşları, Aqil Hüseynov, Ruslan Əliyev, Teymur Sa­la­hov, Coşqun Novruzov, Ramin Abdullayev, Samir Hə­bib­bəyli kimi idmançıların adlarını çəkmək olar. 2004-2014-cü illər ərzində İzzət Süleymanov, Kamal Səmə­dov, Kənan Vəliyev, Sənan Rüstəmov, Qoşqar Abuzərli, Elvin Xəlilov, Vidadi İbrahimov, Mikayıl Əliyev, Ney­mət Əsədov, Həsən Məmmədov, 2014-2018-ci illərdə isə gələcəyin perspektivli idmançılarından Əli Əlizadə, Gül­təkin Şirinova, Mehdi Tanrıverdiyev, Rəvan Əliyev, Rus­lan Hüseynov, Ruhin Dəmirov, Əli Məmmədov, Məqsəd Məmmədov, İsa Yusibov, Yusif Mustafayev, Aqil İsma­yı­lov, Rəvan Mürsəlov, Dəniz Həbibli, Akif İsmayılov, Teymur Mustafayev və İbrahim İbrahimov, Ənvər Sava­dov, Hüseyn Savadov, Abid Məmmədova gələcəkdə bö­yük ümidlər bəsləyirik.

-Tələbələrinizdən hal-hazırda məşqçi ki­mi fəaliyyət göstərənlər varmı?

-Hal-hazırda məşqçi kimi fəaliyyət göstə­rən yetirmələrim yetərincədir. Onlardan Coşqun Novru­zov, Samir Həbibli, Aqil Hüseynov, Teymur Salahov, Rus­lan Əliyev, Ruslan Məmmədov, Elvin Cümşüdov, Abuzər Cümşüdov, Elnarə Cəfərova, Elbrus Qəhrə­ma­nov, Elvin Bəşirov, Tural Əhmədov şəhərimizin idman məktəblərində Yunan-Roma güləşi üzrə məşqçi-müəllim işləyir. Bunlardan Ceyhun Həmzəyevi və Coşqun Nov­ruzovu xüsusilə vurğulayıram.O, 1 №li UGİŞM-nin baş məşqçisi vəzifəsində işləyir. Bir çox yetirmələri azyaşlı yeniyetmələr arasında Azərbaycan və şəhər birinciliyində mükafata layiq yerlər tutmuşlar. 2017-ci ildə Azərbaycan Respublikası İdman Nazirliyinin əmri ilə ona 1-ci dərəcə məşqçi-müəllim adı verilmişdir.

– Məşqçi sənəti çətin sənətdirmi?

-Bu, həm çətin və həm də asan sənətdir. Əgər sən özünü bu işdə görürsənsə, bu işi aparmağa hazır və layiqsənsə, çox illik təcrübəyə maliksənsə, asandır.Əgər bunun əksinədirsə, onda əlbəttə ki, çətin olmalıdır. Əsl məşqçi öz işinin peşəkarı olsa belə, əldə etdiyi nailiy­yətlər ilə kifayətlənməməlidir. Yalnız daim təkmilləşmək yolu ilə uğurlara imza atmaq olar. Çünki, məşqçinin rolu öyrətməkdir, insanlara idman bacarığını əldə etməyə, mə­nimsəməyə kömək etməkdir. Əgər məşqçi öz bilik və ba­carığını şagirdlərinə peşəkarcasına ötürə bilirsə, bu məşq­çiyə həmişə ehtiyac olacaqdır. Əsl məşqçi vaxtilə öyrən­məyi bacardığı kimi öyrətməyi də yaxşı bacarmalıdır. Bu işdə ona daha bacarıqlı məşqçilər də köməkçidir. Təcrü­bəli məşqçilər öz biliklərini, peşəkar sirlərini həvəslə bö­lü­şür və gənc məşqçilərə öz məsləhətlərini əsirgəmirlər. Biz bu peşəyə demək olar ki,eyni sxem üzrə gedirik. Təh­sil, təcrübə və idman ustalığını inkişaf etdirərək, təc­rübəni digərləri ilə bölüşürük.

 -Məşqçinin işində şəxsi keyfiyyətləri han­sı rolu oynayır?

Şəxsi nümunə bütün işlərdə böyük rola ma­likdir. Məşqçi sənəti nədir? İlkin olaraq məşqçilik, id­mançının illər ərzində topladığı və istifadə etdiyi bilik və bacarığın, təcrübəsinin yetirmələri ilə bölüşməsidir. Əgər məşqçidə insanlara verə biləcəyi bilik, vərdiş, ba­carıq yox­sa, o, idmançıları necə yetişdirəcək? Həmçinin, məşq­çi işləmək üçün insan ən azı idman ustalığına na­mi­zədolmalıdır. Lakin, bu da çox azdır. Məşqçi kimi çalış­maq üçün bundan da vacib keyfiyyətlər tələb olunur. Bu, şəxsi nümunədir.Məşqçi olmaq üçün tək bir arzu bəs et­mir. O bu işə ehtirasla, ruh yüksəkliyi ilə yanaşmalıdır. İlk öncə, o başa düşməlidir ki, öz yetirmələri üçün bir nümunə ol­malıdır. Cavanlar hərtərəfli nümunə obyekti olmayan in­sana inanmayacaqdır. Yaxşı məşqçi isə onlar üçün ilham mənbəyidir. Axı o, yaxşı idmançı olmaq üçün bütün etap­ları keçib, hər şeyi bilir və onları bayrağımızı yüksəkliyə qaldırmağa səsləyir. O, sözdə yox, məhz təcrübədə nəyə dəy­diyini, üstəlik uğurlara necə çatmağı göstərməlidir. Hər­çənd, sözün də böyük qüdrəti vardır. Məşhur idman­çıların çoxu daməhz yarışlarda, məşqlərdə aldığı zədələr üzündən böyük idmanla vidalaşmalı və məşqçilik fəaliy­yə­tinə başlamalı olmuşlar. Belə insanlar üçün idman tək pe­şə deyil, həm də həyat tərzidir. Onlarınhəyatlarını id­mansız təsəvvür etmək çox çətindir.

Məşqçi idmanı həqiqətən qəlbən sevməlidir. Baş­qa cür, çoxsaylı məşqlərin əziyyətinə necə qatlaşmaq olar? Axı çox vaxt yetirmələrinə nəinki nəyisə başa salmalı, həm də fəndləri görsətməli, hərdən məşqlərdə özün yetirmələrindən daha çox çalışmalı olursan. Həm idman for­ma­nı saxlamaq, həm də məşq edənlərə nümunə olmaq üçün.

Məşqçi olmaq arzusu insanı həyatını bu sənətə həsr etməyə səsləyir. İnsan özü inkişaf edir, təcrübə top­layır, özü sevdiyi kimi idmanı gəncləri­mizə də sevdirməyə can atır. Məgər bu təqdirəlayiq əməl, iş deyilmi? Əlbəttə ki,hə. Ona görə də məşqçidaim özü inkişafda olmalıdır ki, onun verdiyi vaxt, enerji hədər get­məsin. Özünün güləşçi və ya döyüşçü texnikasının in­ki­şafının qayğısına qalmaqla daim inkişafda olursan. İd­ma­na aludə olmaq, digər keyfiyyətlərin inkişafına da yol açır. Məşqçi yetirmələrinə biliklərini başa salmağı bacar­ma­lıdır. Bu həm də istənilən müəllimə, pedaqoqa, məşq­çi­yə işində lazım olan əsas bacarıqlardan biridir. Aydın­dır ki, heç də hər bir mütəxəssisdə bu bacarıqlar inkişaf etməyib. Amma axı,ən təcrübəli mütəxəssislər belə öz təc­rübəsindəaldığı bilikləri sözlə də çatdırmağı bacar­ma­lıdır. Sən böyük idmançı, bir çox beynəlxalq yarışların qa­libi ola bilərsən, bununla yanaşı öz fikirlərini insanlara çatdırmağı bacarmaya da bilərsən. Məşqçi daim insan­lar­la ünsiyyətdə olur. Hər gün işində onlarla suallara cavab vermək üçün,çətin görünən işləri sözlə başa salmalı olursan. Əgər səndə başa salmaq qabiliyyəti yoxdursa, işin­dən soyuya, özünü bu işə tam hazır görməyə də bilər­sən. Sənə insanlarla ünsiyyətdə olmaq ən çətin, dözülməz iş kimi görünə bilər. Ona görə də bu işə başlamazdan əv­vəl, işinə mənən hazır olmalısan.Axı, sən tək məşqçi ki­mi yox, həm də bir insan kimi uşaq və gənclərin uğur qazanmasında çox maraqlısan, bu işi qəlbinin dərinliyi ilə istəyirsən və bu uğurlar səni çox sevindirir.

    -Pis məşqçilər olurmu? İşdə bu nə ilə nə­ti­cələnə bilər?

    –Əlbəttə ki, olur. Bu sənətə təsadüfi, işlə­mək xatirinə gələn çoxlu məşqçilər də olur. Onlar zalda da­rıxırlar, işlərinə “can dərdi” yanaşırlar, şagirdləri ilə xoş ünsiyyətdə olmağı bacarmırlar. Çünki bu iş onların özü­nə də darıxdırıcıdır.

Onlar günlərlə nə iş gördük­lə­ri­nin fərqində deyillər. Şagirdlər belə məşqçilərdən qa­çır­lar, onların çünki gələcək planları ilə məşqçinin xasiyyəti tutmur. Onlar bu məşqçi ilə çox uzağa gedə bilməyəcəklərini tez anlayır və daha perspektivli məşqlərə qatılmağa ça­lışırlar. Məşqçi üçün ən əsası işini sevməkdi, idmanı və insanları sevməkdi. Başqa cür, bu iş onun üçün də, baş­qaları üçün də boş vaxt itkisi olacaq. İşinə ruh yüksəkliyi ilə qatılmaq isə gələcək perspektivlərə qarantiyadır.Qa­lan şeylər öz-özünə alınır. Hər günün yeni uğurlara yol açır.

   -Siz idmanı sevirsiz, məşqlərə qatılırsınız və hər şeyi başa salmağı bacarırsınız. Bu, məşqçinin işində bəs edirmi?

    –Əlbəttə ki, yox. Məşqçi şagirdlərində ma­raq, həvəs oyatmağı bacarmalı, onları bu məşqlərə hə­vəs­lə, ruh yüksəkliyi ilə qatılmağa çağırmalıdır. Məşqçinin özü öz yetirmələri üçün ruh mənbəyi olmalıdır. Onlar öz müəlliminin timsalında böyük uğurlara imza atacaq in­sana oxşamağa, onun kimi olmağa can atmalıdırlar. On­ların əksəriyyəti idmana olan keçəri marağından gəlirlər.

Bir-iki məşqə qatıldılar, sonra bu, onların bəziləri üçün ma­raqsız görünür, bəziləri üçün bu çox əziyyətli işdir, baş­qaları özünü bu idmanda görmür. Uşaqların çoxu üçün bu müvəqqəti, ötüb keçən həvəsdir. Siz isə bu məşq­ləri maraqlı bir prosesə çevirməlisiniz, şagirdlərlə dil tapmalısınız, onlara, hətta öz dostlarını belə bu məşq­lərə cəlb etməyə maraqlandırmalısınız. Siz bu anları on­lar ilə birgə yaşamalısınız.

Çox vaxt məşqlərə qatılan uşaqların fiziki key­fiy­yət­ləri lazımi səviyyədə olmur. Məşqçi fiziki gücü zəif olan uşaqlardan belə ən gözəl idmançılar yetişdirməyi ba­carmalıdır. O, hər gün bir şəraitlə, hadisə və hal ilə rast­la­şır. Ona görə də məşqçi, uşaq psixologiyasını gözəl başa dü­şən, onlarla necə rəftar etməyi bacaran psixoloq ol­ma­lı­dır. Sən onları həvəsləndirməlisən, amma bunu elə et­mə­lisən ki, o arxayın olub, böyük uğur qazanmaq həvə­sini də öldürməsin. Sən insanı tam başa düşməlisən, onun   arzularının səbəbini tam anlamalısan, məşqlərdə onun hərəkətlərinin mənasını başa düşməyi bacarmalısan. Bu işdə məşqçinin liderlik keyfiyyətləri də böyük rol oy­nayır.

Çox adamlar fikirləşirlər ki, məşqlərdə nəticələr çox vaxt elə məşqçidən asılı olur. Ümumiyyətlə, məntiqi cəhətcə doğru fikirdir. Tutaq ki, siz müalicə olunmaq üçün həkim yanına getmisiniz.Nəticə necə olacaq, siz sa­ğalacaqsınız, ya yox, bu həmişə həkimin sizə təyin etdiyi müalicə kursundan asılı olacaq. Bunu başqa sahənin mü­təxəssislərinə də aid etmək olar. Lakin idman həyatında be­lə deyildir. İdmanda yaxşı nəticələr tək məşqçidən asılı deyil. Məşqlərdə müvəffəqiyyət faizi həm də idmançının fiziki hazırlığından, onun idmana həvəsindən, uğur qa­zan­mağa necə can atmasından, sonda isə məşqçidən asılıdır. Belə ki, uğurun böyük hissəsi idmançının bu işə səyindən asılı olur. Onda ortaya sual çıxır: – Onda uğurlar nə üçün məşqçidən belə az asılıdır? Axı o məşqləri təyin edir, öz yetirmələri ilə yorulmadan çalışır, onlara idmanın sir­lərini öyrədir. Axı, məşqçisiz böyük idmana qədəm qoy­maq çox çətindir, bəzən isə heç mümkün deyil.

Hərçənd, bu da düzgün fikirdir. Bununla belə, idman həyatınızda uğurlar qazanmağın açarı idmançının öz əlindədir. Siz bu uğura aparan yolu nə qədər getmək is­tərdiniz? Uğurlar elə-belə verilmir, bundan ötrü illərlə məşq etməlisən, idman texnikasına yiyələnməlisən, çətin­liklərlə dolu məşqlərə qatılmalısan, daim inkişafda olma­ğa, idmançı həyat tərzinə uyğun bütün qaydalara riayət et­məyə can atmalısan. Gələcəkdə məşqlərdə çəkdiyin əzab-əziyyətin effektini, uğurları məhz sadaladığım bun­lar təyin edəcəkdir. Əslində, həyatımızın bütün sahə­lə­rində bu və ya buna oxşar qaydalar mövcuddur. İstəni­lən sahədə uğurlar qazanmaq üçün böyük səy, iradə, əzm, istək lazımdır. Çünki, insan həyatında istənilən dəyişik­liklər insanın özünün dəyişmək arzularından yaranır. Bu isə yalnız insanın özündən asılıdır.

İnsan bunu nə dərə­cə­də arzulayır, bundan ötrü hansı addımlar atacaq, istəyində israrlıdırmı və s. Məşqçilərin bu işdə ən böyük rolu isə bu insanların istək və səylərini lazımi istiqamətə yönəlt­mək­dir. Məşqçi onlara bu işdə yardımçı olur, onlarla bir yer­də bu zəhmətə qatlaşır. Əsas nailiyyətlər isə insanın özün­dən asılıdır.

Hərdən belə də olur, uşaqların hansısa aylardır məşq­lərə gəlir-gəlir, gözə dəyən bir nəticə isə yoxdur. Hər­çənd, o məşqlərdə fəaldır, dediklərimi, öyrətdiklərimi yerinə yetirir. Ancaq, baxırsan ki, həvəssiz, könülsüz ça­lı­şır, gözlərində heç bir parıltı yoxdur. Sanki o, nəyisə məc­burən edir. Bir müddət keçir, heç bir dəyişiklik də yox­dur. Məndən soruşur, müəllim, mən axı bütün məşq­lə­rə qatılıram. Amma deyirsiniz ki, sizdə heç bir dəyi­şik­lik yoxdur.

Mən bilirəm, nə qədər ki, onun bu məşqlərə olan mü­nasibəti dəyişməyəcək, elə bir nəticəyə də sahib ol­ma­ya­caqdır. Ona başa salıram. O yenə də soruşur, axı mən siz de­yənlərin hamısını eləmişəm. -Hə, eləmisən. Ancaq işə gərək ürəklə, canla-başla yanaşasan. Sən çempion olmaq istəyirsən, yayox?! Onda bu həyatıbütün varlığınla qə­bul etməlisən, özünü bu işə həsr etməlisən. -onlara deyi­rəm.

Onlardan bu sözləri qəbul edən, bu qaydalara ria­yət edən də var, sözlərimi qulaq ardına vuran da. Yol­daş­la­rının nailiyyətlərini görən “tənbəllər” çox çəkmir ki, məşq­lərdə fəallaşmalı olurlar. Başa düşürlər ki, uğurların açarı məşqlərə qatılmaqda, bu vaxtdan səmərəli istifadə edib, texnikanı inkişaf etdirməkdədir. Bunu kimsə başa düşür, kimsə yox. Məşqçinin əsas rolu da yetirmələrini da­ha fəal olmağa səsləmək, idmançı həyatının bütün gö­zəlliyini onlara başasalmağa nail olmaqdır.

Həyatının böyük hissəsini idmana həsr etmiş in­san­lar bu gözəlliyi artıq başa düşmüşlər. Onların arasında mə­nim yetirmələrim də vardır.

-Siz yetirmələrinizlə məşqlərdə hansı prin­­sipləri rəhbər və daha çox üstün tutursunuz?

  –İstənilən idman növü uşağa intizamlı ol­ma­ğı öyrədir. İdman uşaqların daxili aləmində bir şəxsiy­yət yetişdirir, o, insanın dünyagörüşünü dəyişdirir. Hər bir uşağın öz aləmində bir idealı vardır. Nə üçün də məşq­çi öz yetirmələrinin gözündə ideal insana çevril­mə­sin? Məşqçinin gündəlik işində bu, uşaqları həvəslən­di­rən əsas amillərdən biridir. Elə hesab edirəm ki, məşqçi-müəllim uşaqların və gənclərin gözündə ideal insana çev­rilsə, uşaqlar məşqlərə daha həvəslə qatılarlar, məşq­lərin ağırlığı, zəhmət onları qorxutmaz. İstərlər ki, öz müəllim­lərinə oxşasınlar. Biz məşqçilər də öz təcrübəmizə arxa­lanaraq iş stilimizi seçirik. Kimi məşqçi kimi çox sərtdir, kimi həvəsləndirici söhbətlərə, onların psixoloji durumu­na çox diqqətlidir.Şəxsən mən yetirmələrimlə təcrübəsi, bacarığı olan dost kimi yanaşmağa daha çox üstünlük ve­rirəm. Uzun illər ərzində idmanda qazandığım təcrübə və biliyi isti münasibətlə uzlaşdırıram.Onlara sərt yanaşdı­ğım günlər də olur. Lakin bunu yalnız onları gələcəkdə mə­­suliyyətli,ağır yarışlara hazırlamaq üçün edirəm.Uşaq­lar məşqçinimüsbət keyfiyyətləri ilə seçilən insan kimi qəbul etməlidirlər. İdmana təzə gəlmiş uşaqları çox vaxt maraqlandırmalı olursan, başqa cür,onların idmana olan həvəsiölə bilər. İlk mərhələdə idmanı onlara sev­dir­mək, onların həyatının bir hissəsinə çevirmək lazım gəlir. Əgər ilk günlərdə onların hörmətini qazana bilməsən, on­ların gözündə ucalmasan, onlar səni ciddi qəbul etmə­yə­cəkdir. Buna görə də onları intizamlı olmağa öyrədirsən, tədricən məşqləri daha maraqlı bir prosesə çevirirsən. Neçə illik idmançı həyatına artıq öyrəşmiş cavanları isə məşqlərlə yükləmək çətin deyildir.Onlar da artıq bunun nə üçün edildiyini anlayırlar. Bilirlər ki, məşqlərin ağırlı­ğı­nı yaşamadan müsbət nəticələr əldə etmək mümkün deyildir. Bunu elə yarışlarda özləri də görür və təcrübədə hiss edirlər.

-Uşaqların çoxunda məşqçilər haqqında ki­nolardan müəyyən təsəvvürlər var. Filmlərdəki məşqçilər ilə həyatdakılar arasında hansı fərq­lər mövcuddur? Həqiqətən də məşqçi hər şeyi ba­carmalıdırmı?

  –Onu da deyim ki, filmlərdəkimüsbət ob­raz­lı məşqçilər çox vaxt ideal insanlar və ideal məşq­çi­lər­dir. Lakin onlarda da dünyaya və idmana fərqli fikirlər möv­cuddur. İstənilən məkanda bacarıqsız məşqçilər elə bacarıqsız şagirdlər də yetişdirəcəkdir.

İdman bir hə­yatdır, ona görə də məşqçi üçün idmançı yetişdirmək çox azdır. Yarışlarda qalib gəlmək, medal qazanmaq da vacib bir işdir. Lakin, işin başqa bir tərəfi, məqsədhəm də id­mançıların tərbiyəsidir. Axı yaxşı insan yetişdirmək təh­sildə ən vacib məsələlərdən biridir. Qələbəyə gedən yol, çox vaxt qələbə çalmaqdan daha vacib görünür hərdən.Yax­şı insan və idmançı yetişdirsən bu qələbələr də id­man­çı üçün adiləşəcək.O, daha da təkmilləşməyə can ata­caq, tutduğu yola tam məsuliyyətlə yanaşacaq, bu yola riayət edəcək, zəhmətə qatlaşacaq. Biz məşqçilər də öz yetirmələrimizə düzgün yolgöstəririk, yaxşını pisdən ayır­mağı, özünə, həmyaşıdlarına, rəqiblərinə, özündən bö­yük­lərə hörmətlə yanaşmağı öyrədirik. Başa salırıq ki, hə­yatda heç nə insana elə-belə, zəhmətsiz verilmir.

-Adətən bu şeylərin ailədə, məktəbdə öy­rə­dilməsinə adət etmişik. İdmanda da tər­biyələndirici vasitələr vacibdirmi, yoxsa, idmanda uşaq­ların fiziki tərbiyəsi daha önəmli sayılır?

Bizim hər ikimizin fikirlərində eyni məq­səd var. Bu, uşaqların sağlam, əqidəli insan kimi yetişdi­ril­məsidir. Sağlam, lakin əqidəsiz, eyni zamanda əqidəli, lakin fiziki imkanları məhdud uşaqların cəmiyyətimizin gələcəyiüçünnə qədər problemlər yaradacığını təsəvvürünüzə gətirin.

Uşaqları adətən valideynləri tərbiyə edir. Bununla belə,onların tərbiyəsi ilə məktəb də, cəmiyyət də, elə məşq­çilər də məşğul olmağa borcludur. Hərdən bu sahə­dəki boşluqlarıbiz məşqçilər doldurmalı, demək olar ki, “köməyə” biz gəlməli oluruq. Əksər hallarda isə biz uşaq­larıntərbiyəsi ilə valideynlərlə birlikdə məşğul olu­ruq. Valideynlərin çoxu bu məsuliyyəti başa düşür.Biz on­­lara məşqçi ilə daim təmasda olmağı tövsiyə edirik. Axı hər valideyn dəuşaq üçün ideal insan olmaya bilər. Ba­şa salırıq ki, belə halda onların uşaqları daha yaxşı nəticələr əldə edə bilərlər. Söhbət təkcə idmandan getmir. O qədər intizamlı, ilk baxışda perspektivli görünən id­mançılarım olub ki. Onların bir hissəsi müəyyən nəticələr əldə edəndən sonra idmana olan marağı sönüb, digəri baş­qalarının pis təsiri altına düşüb. Bu işdə əsasmoti­va­si­ya­dır. Uşaq idmana gələrkən yeni bir aləmə düşür.Onla­ra dəstək olmaq, maraqlandırmaq, həvəsləndirmək lazım­dır. Axı nə yolla olur-olsun, qələbə çalmaqidmanda ən əsas məqsəd deyildir. Elə təkcə sağlam, sağlam ruhlu gənc­lər yetişdirmək də böyük bir nailiyyətdir. İdmanda ilk uğursuzluqlar isə bu uşaqların psixologiyasına pis tə­sir edir, kimi həvəsdən düşür, kiminsə özünə inamı azalır. Bax burda həm valideynlər, həm də məşqçilər öz əsas vacib rolunuoynamalı, uşağı məqsədinə çatmaq yoluna istiqamətləndirməli və onu bu işə həvəsləndirməlidirlər. Çünki, idman fəaliyyəti digər sahələrdən kəskin surətdə fərqlənir. Elə bircə ona görə ki,bu fəaliyyət könüllüdür, məcburi deyildir.

-Bütün bunlar məşqçinin şəxsiyyətinə bö­yük hörmət yaradır. Bəs, məşq prosesinin effektli ol­ması üçün əsas hansı şərtlər tələb olunur?

İlk öncə məşqçidə təşkilatçılıq qabiliyyəti güclü olmalıdır. Məşqlər də bir tədris, təlim prosesidir. O, hər bir məşqə yaradıcı yanaşmalıdır. Bu, yarışların təş­kilinə də aiddir. Bunun üçün onun özü böyük intel­lek­tə, müstəqil düşünmə qabiliyyətinə, səhvlərdən nəticə çı­xar­maq bacarığına, iti düşüncə qabiliyyətinə malik olma­lı­dır. Yaxşı məşqçi heç bir məşğələni buraxmır, bunu ye­tirmələrindən də tələb edir. Əgər o işində dəqiq və məsu­liy­yətlidirsə, işinə ciddi yanaşırsa, gec-tez yetirmələri də bu qaydalara riayət etməyi öyrənəcəklər. Əgər məşqçinin özü uğur qazanmaq üçün əlindən gələni əsirgəmirsə, hər işdə nümunədirsə, yetirmələri də ona baxıb, uğura maraqlı olacaqlar.

İdmançılar öz müəllimininbu səylərini görə­rək, onlara olan inamı həmişə doğrultmağa çalışırlar. On­lar məşqçinin işə düzgün münasibətini yaxşı qarşılayır, ona oxşamağa çalışırlar. Bu, gənclərdə intizamlı, mərd­lik,zəhmətkeş, məsuliyyətli olmaq kimi keyfiyyətlərin for­malaşmasında böyük əhəmiyyət daşıyır. Məşqçinin mən­fi keyfiyyətləri isə onların xarakterinin formalaş­ma­sın­da öz pis izini qoyar. Ona görə də valideynlər uşağını etibar etdiyi məşqçi-müəllimlərin seçiminə çox diqqətlə yanaşmalıdırlar.

Məşqçinin gördüyü bütün işlər idmançıların məşq­lərdə və yarışlarda fəallığı üçündür. Məşqçi onlara, sən bunu bacararsan, bu sənə lazımdır.-dedikdə, onlar da öz daxilində – bunu istəyirəm, bunu bacararam – deyə dü­şünürlərsə, onda çəkilən zəhmətin effekt verəcəyini dü­­­şünmək olar. Sadaladığım bunlar idmançıların yetiş­di­ril­­məsində vacib şərtlərdir. Bu işdə bir çox digər şərtlər də mövcuddur ki, bunlarsız uğurlara yol açan effektli işi təş­kil etmək, sadəcə, mümkün deyildir.

 

 

    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.