Zaqatala məktəblisi Cabir Yusifzadənin “Zəfərimiz” şeiri

Cabir Yusifzadə Zaqatalanın Muxax kəndinin 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.  6-cı sinifdən başlayaraq, mütəmadi olaraq şeirlər yazır.

Onda olan bu qabiliyyət doğmalarından keçib. Əmisi Pərviz Yusif də yazıçı, nasir olub.  Gənc Cabir əmisi Yusifin yolu ilə getmək istəyir.

Amma özünə inamı azdır. Şeirlər yazsa da, hamıdan gizlədir. Yalnız  “Zəfərimiz” şeirini məktəbdə müəlliminə oxumaq üçün verib. Şeir müəlliminin çox xoşuna gəlib. Şagirdində olan bu istedadı alqışlayan və şeiri çox bəyənən müəllimi onu bir gün kəndə qonaq gələn hörmətli şairə Aysel Fikrətə təqdim edib.

Cabir özünü şair hesab etmir. Sadəcə ürəyindən gələn sözləri şeirə çevirdiyini düşünür. Amma, belə deyildir. Bütün istedadlı şairlər beləcə gənc yaşlarında duyğularını şeirlə ifadə etməyi öyrənmiş və yalnız sonradan onların istedad və bacarığı tam formalaşaraq, onları şair səviyyəsinə qaldırmışdır.

-Böyüyüb kəndimizin adını ucaldan bir yazar olmaq istəyirəm. Əmim Pərviz Yusifin yarımçıq qalan işlərini tamamlamaq üçün . -Cabir deyir.

Ona inanır və gələcəkdə böyük yazıçı olmasını arzulayırıq.

“Zəfərimiz”, gəncin şeirinin ilk dərcidir. İlk dəfədir ki, Zəfər haqqında yazdığı şeir mətbuatda dərc olunur.

Onu Sizlərə təqdim edirik:

              “Zəfərimiz”

Gəldi qırx dörd gün sonra bu gözəl xəbər,
Ermənilər pərt qaldı,Göydə günəş qaraldı.
Bütün Azərbaycana səda saldı bir xəbər,
Ali baş komandanım dünyalara səs saldı.
Qarabağ bizimdir otuz il sonra,
Xarıbülbülümüz Bizi səsləyir.
Bitdi Müharibə, yetdi dərd sona!
Şuşa göz yaşını sil zəfər gəlir!
Bütün xalq sevincdən çıxıb yollara,
Bağırdı Qarabağ,Cəbrayıl bizim.
Ağdamım,fizulim,Laçınım sevin.
Zəngilan,Qubadlı,Xocalı bizim.
Azadlıq- Arayıb tapdı yurdumu,
Başımız ucadır bu ildən daha.
Şəhər, kənd,qəsəbə gəzən yurduma,
Sevinc bəxş olundu gözəl sabaha.
Gəldi qırx dörd gün sonra bu gözəl xəbər,
Ermənilər pərt qaldı, Lap gözləri qaraldı.
Bütün Azərbaycana səda saldı bu xəbər,
Ali baş komandanım dünyalara səs saldı.
Seen by Aysel Fikrət at 09:10
Daxil et
Write to Aysel Fikrət

One Comment on “Zaqatala məktəblisi Cabir Yusifzadənin “Zəfərimiz” şeiri”

Aysel üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.