20 Yanvara həsr olunmuş xüsusi dərslər keçiriləcək

Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək.

Bu barədə təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz ikinci idönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nda qeyd edilib.

Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və “dəyirmi masa”ların da keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.