12-ci Liderlik Məktəbi layihəsi Gəncədə uğurla davam edir

Azərbaycan Respublikası Gənclər və İdman lNazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkillatları İttifaqının birgə təşkilatçılığı ilə reallaşan 12-ci liderlik məktəbində 5 komanda olmaqla 120 tələbə iştirak hüququ əldə edib. Gənclik, Gələcək, İnkişaf, Birlik və Liderlik komandalarına bölünən tələbələrə peşəkar təlimçilər tərəfindən Liderlik, Layihələrin yazılması, Könüllülük, Media və Menecement kimi müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək. Məqsəd gənclərdə liderlik xüsusiyyətlərinin aşakarlanması, onlarda komanda iş birliyini formalaşdırmaq, vaxtın düzgün istifadə olunması kimi mühüm amillərin mənimsənilməsində kömək göstərməkdir. Layihə çərçivəsində Qarabağ Azərbaycanındır, Media, 2020 Bizim İlimizdir və Gənclər Siyasəti mövzuları üzrə panellər təşkil olunub. Fevralın 14-də Gənclər Siyasəti Mövzusunda təşkil olunan paneldə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, təşkilatın qadınlar şurasının sədri Pərvin Kərimzadə, Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov, mövzuya uyğun olaraq gəncləlrin suallarını cavablandırıblar. Layihənin sonunda tələbələr təlim materialları əsasında imtahanda iştirak edəcəklər.

Qeyd edək ki, həyata keçirilən Liderlik Məktəbi layihəsi bundan öncə Lənkəran, Quba, Qəbələ, Xızı, Şəki, Xaçmaz, Tovuz, Şəmkir, Mingəçevir və Daşkəsən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasında təşkil olub.(Ganjatv.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.