Əlyazmalar İnstitutu: “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub.

Etmtv. news Tehsil-press.az-a istinadən xəbər verir ki,
kitabda hicri-qəməri təqviminin zilhiccə ayına təsadüf edən müqəddəs bayramlar – Qurban bayramı, Qədir-Xum bayramı və Mübahilə bayramları haqqında, bu bayramlara aid ayinlər, onların mahiyyəti barədə geniş məlumat verilib. Müxtəlif şairlərin, o cümlədən Şah İsmayıl Xətai, Şəhriyar, Misgin Abdalın həmin bayramlara həsr etdikləri şeirlərdən nümunələr də kitaba daxil edilib.

Nəşrin müəllifi Həsən Hüseyni, redaktoru Vərağa Almasovdur. Ön sözün müəllifi Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Sona Xəyal, rəyçilər Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə və Əlyazmaların və əski çap kitabları şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.